Xəbərlər

Vuçiç: Çin Ukrayna üzrə sülh danışıqlarında vasitəçi kimi çıxış edə bilər

“Pekin Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda vasitəçi kimi çıxış edə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Almaniyanın “Handelsblatt” nəşrinə müsahibəsində deyib.

“Çin prezidenti Si Cinpinlə danışıqlarımdan sonra Çinin vasitəçi kimi çıxış edəcəyinə inanıram”, – prezident əlavə edib.