Xəbərlər

Pentaqon: Trampın hakimiyyətə gəlməsi Ukraynaya beynəlxalq yardıma təsir etməyəcək

“ABŞ-da Donald Tramp administrasiyasının formalaşması Qərb ölkələrinin Ukraynaya silah tədarükünə təsir etməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqondan bildirilib.

“Növbəti administrasiyanın beynəlxalq donor qrupu daxilində rolu ilə bağlı nə qərar verəcəyi barədə danışmaq tezdir, lakin Avropanın öhdəliyinə, imkanlarına, təcrübəsinə və missiyasına inanırıq. Qərb ölkələrinin Ukraynanın hərbi potensialının gücləndirilməsi üzrə işi bu və ya digər formada davam edəcək”, – deyə məlumatda qeyd edilib.