Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə yardım üçün təmas qrupunun Ramşteyn formatında görüşündən sonra Ukraynaya 2 milyard dollar dəyərində əlavə hərbi yardım paketinin ayrılacağını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna mətbuatı prezidentin sözlərindən sitat gətirib.
“Biz çox yaxşı görüş keçirdik və çox yaxşı nəticə əldə etdik”, – Zelenski qeyd edib.