“Dağıdıcı yanğınlardan təsirlənən ərazilər atom bombası atılmış ərazi kimi görünür”.
“Füyuzat”ın məlumatına görə, bunu Los-Anceles dairəsinin şerifi Robert Luna deyib.
O, tüğyan edən fəlakət qurbanlarının sayının artmayacağına ümid etdiyini bildirsə də, eyni zamanda dağıntının miqyasına görə yaxşı xəbərlər gözləmədiyini də deyib.
Qeyd edək ki, baş verən yanğınlarda bu ana qədər 10 nəfər həyatını itirib, yüzminlərlə insan evakuasiya edilib. Dəyən maddi zərər hələlik 20 milyard dollardan çox qiymətləndirilir.