Xəbərlər

Politico: Danimarka ordusunu Ukraynaya qurban verdi və Qrenlandiyanı qoruya bilməyəcək

“Danimarka Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın dövründə Qrenlandiyanın hərbi yolla ABŞ-a mümkün ilhaqına heç nəylə qarşı çıxa bilməyəcək, çünki o, silah və hərbi texnikasının böyük hissəsini Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün göndərib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti məlumat yayıb.

“Birləşmiş Ştatlar dünyada ən çox müdafiə xərclərinə sahib ölkədir.
Amerika Silahlı Qüvvələrinin canlı qüvvələrinin sayı 1,3 milyondur. Onların bir hissəsi Qrenlandiyada yerləşir. Danimarka 2023-cü ildə müdafiəyə təxminən 10 dəfə az – 9,9 milyard dollar xərcləyib və krallığın ordusunda cəmi 17 min hərbi qulluqçu var. Danimarka Silahlı Qüvvələri ABŞ-ın Qrenlandiya işğalına qarşı müqavimət göstərmək üçün kifayət qədər hazırlıqlı deyil və təchiz olunmayıb. Krallıq ağır hərbi texnikanın böyük hissəsini Ukraynaya bağışlayıb və öz silah ehtiyatlarını əhəmiyyətli dərəcədə tükəndirib, tankları və artilleriya sistemlərini Kiyevə verib”, – məlumatda bildirilib.