Yaponiyanın Baş naziri Şiqeru İşiba ABŞ prezidenti Co Bayden və Filippin lideri kiçik Ferdinand Markos ilə videobağlantı vasitəsilə üçtərəfli görüş keçirdiyini söyləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.
O, Tokiodakı iqamətgahında jurnalistlərlə söhbətində bildirib ki, danışıqlarda iştirak edənlər dəniz və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi və etibarlı okean infrastrukturunun qurulması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi lehinə çıxış ediblər.