Xəbərlər

İran və Ermənistan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti İrəvanda səfərdədir

İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun nümayəndə heyəti üç günlük səfər üçün İrəvana gedib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Ara Şavardyan bazar günü axşam erməni həmkarının dəvəti ilə İrəvana gəlib.

Bildirilib ki, səfər çərçivəsində onların Ermənistan parlamenti və hökumətinin nümayəndələri ilə görüşü, əməkdaşlığa dair ikitərəfli məsələləri müzakirə edəcəyi planlaşdırılıb.

Səfər yanvarın 15-dək davam edəcək.