Banqladeş Xarici İşlər Nazirliyi (XİN) iki ölkə sərhədində tikanlı məftillərin çəkilməsinə etiraz etmək məqsədilə Hindistan səfiri Pranay Vermanı XİN-ə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Banqladeşin BSS xəbər agentliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra mətbuata açıqlama verən səfir Verma bildirib ki, Dəkkə və Yeni Dehli “təhlükəsizlik məqsədilə sərhədin hasarlanması ilə bağlı razılığa gəliblər”.
“Sərhəd qurumlarımız bu məsələ ilə bağlı əlaqə saxlayır. Biz bu anlaşmanın fəaliyyətə keçəcəyini və sərhəddə cinayətlərlə mübarizəyə birgə yanaşmanın hazırlanacağını gözləyirik”, – səfir əlavə edib.