“Tayvanda Çin üçün casusluq ittihamı ilə mühakimə olunanların sayı 2024-cü ildə əhəmiyyətli dərəcədə artıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvanın Milli Təhlükəsizlik Bürosu (NSB) məlumat yayıb.
Qeyd edilib ki, 2024-cü ildə təqsirləndirilən şəxslərin sayı 64 nəfər olduğu halda, 2023-cü ildə 48 nəfər olub. Qurum bildirir ki, belə cinayətlər üzrə başlanan işlərin sayı da artıb.
NSB-nin məlumatına görə, bu işlərin əhəmiyyətli bir hissəsi keçmiş və hazırkı hərbiçilərə aiddir. Belə ki, 2024-cü ildə 15 təqaüdçü və 28 fəal hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb edilib.