“İran prezidenti Məsud Pezeşkian dövlət səfəri ilə Tacikistana və daha sonra yaxın vaxtlarda Rusiyaya səfər edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
“Növbəti günlər İran və Tacikistan arasında əlaqələrin qurulmasının 33-cü ildönümünə təsadüf edir. İran Tacikistanın müstəqilliyini tanıyan və orada səfirlik açan ilk ölkə olub. Hazırda İran və Tacikistan arasında münasibətlər ən yaxşı vəziyyətdədir. Prezidentin Tacikistana səfəri zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə bəzi sənədlər imzalanacaq. İran lideri Tacikistana səfərindən sonra Moskvaya yola düşəcək”, – Bəqayi əlavə edib.



