“Slovakiyanın Baş naziri Robert Fiko qaz tranzitini müzakirə etmək üçün Ukrayna prezidenti Volodimir Zelenskinin dəvətini qəbul etməyəcək, o, Kiyevə getməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar deyib.
“Dünən Baş nazir Fiko Zelenskiyə açıq məktub göndərdi və onu danışıqlara dəvət etdi. Ancaq o bildirdi ki, Zelenskinin təklif etdiyi cümə günü üçün görüş mümkün deyil”, – Qaşpar əlavə edib.