İran prezidenti Məsud Pezeşkian İslam Respublikasına qarşı irəli sürülən və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı təşkil olunan sui-qəsd hazırlamaq ittihamlarını rədd edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran prezidenti “NBC News” telekanalına müsahibəsində bildirib.
“Bu, İsrail və digər ölkələr tərəfindən iranofobiyanı yaymaq məqsədi ilə yayılan başqa bir uydurmadır. İran heç vaxt belə cəhdlər etməyib və etməyəcək də”, – prezident qeyd edib.