“Yanvarın 15-16-da Brüsseldə NATO-nun 27 ölkəsi və alyansın 20 tərəfdaş dövlətinin Baş Qərargah rəislərinin ikigünlük planlı iclası keçiriləcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, iclasda Ukraynadakı vəziyyət, Ukraynaya yardımla bağlı məsələlər, qlobal Cənub ölkələrindəki vəziyyətə dair ayrıca brifinqlər və NATO qüvvələrinin qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasına dair müzakirələr aparılacaq.