Slovakiyanın Baş naziri Robert Fikonun İkinci Dünya Müharibəsindəki qələbənin 80-ci ildönümünü qeyd etmək üçün mayın 9-da böyük nümayəndə heyəti ilə Moskvaya səfər edəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bunu Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaspar deyib.
“Biz mayın 9-da səfər etmək istəyirik. Bu, çox böyük bir heyət olacaq. Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə danışmışıq”, – o əlavə edib.