Xəbərlər

Polşa müxalifəti Zelenskini prezident seçkilərinə müdaxilədə ittiham edib

Polşanın əsas müxalifət partiyası olan Hüquq və Ədalət (PiS) partiyasının siyasətçiləri Volodimir Zelenskini prezident seçkilərinə müdaxilə etməkdə ittiham ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Xatırladaq ki, Zelenski bir gün əvvəl yerli nəşrlərə verdiyi müsahibədə sözügedən partiyanın namizədi Karol Nawrocki-yə Ukraynanı NATO və Aİ-də görmədiyini bildirdiyi üçün “əlində silahla ölkəni müdafiə etmək üçün məşq etməyi” tövsiyə edib.