Xəbərlər

BMT 2025-ci ildə Ukraynaya 3,32 milyard dollar yardım etməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2025-ci ilin sonuna qədər Ukraynadakı müharibədən zərər çəkənlərə və ukraynalı qaçqınlara dəstək üçün ümumilikdə 3,32 milyard dollar yardım etməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Məlumata görə, 2025-ci il üçün nəzərdə tutulan “Ukraynada regional qaçqın və humanitar cavab planı” BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən icra olunmağa başlanılıb.

Planda dərc olunan hesabatda 2025-ci ilin sonuna qədər Ukraynada və sərhəddən kənarda zərər çəkmiş 8,2 milyon insanı dəstəkləmək üçün 3,32 milyard dollar yardım nəzərdə tutulur.