“ABŞ administrasiyası Fələstinin HƏMAS hərəkatı ilə mübarizə aparmaq üçün Qəzza zolağına Amerika əsgərlərini göndərməyə ehtiyac duymur, çünki bu, İsrailin işidir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində bildirib.
“Düşünmürəm ki, Tramp HƏMAS-ı məhv etmək tapşırığını yerinə yetirmək üçün Amerika qoşunlarının göndərilməsindən danışıb. Bu, bizim öhdəliyimizdir. Bu, bizim işimizdir və biz buna tam qadirik”, – Netanyahu qeyd edib.



