Xəbərlər

Ermənistan və Braziliya nümayəndələri arasında işguzar görüş olub

“Səfir Armen Yeqanyan Ermənistanın Braziliyadakı səfirliyində Braziliya Milli Konqresinin Deputatlar Palatasının üzvü, Braziliya-Ermənistan parlamentlərarası dostluq qrupunun sədri Arnaldo Jardim ilə işgüzar görüş keçirib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Görüş zamanı tərəflər parlamentlərin dostluq qrupları çərçivəsində aparılan işlərlə bağlı bir sıra məsələləri, eləcə də Ermənistan və Braziliya parlamentləri arasında daha möhkəm əlaqələrin qurulmasının zəruriliyini müzakirə ediblər.