Xəbərlər

İtaliyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

İtaliyanın şimalında Parma şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Verilən məlumata görə, qəzanın sıx duman səbəbindən görmə qabiliyyətinin azalması və ya quyruq hissəsindəki mexaniki nasazlığın səbəb olduğu pilot səhvi səbəbindən baş verə biləcəyi güman edilir.

Qeyd edək ki, İtaliya Milli Uçuş Təhlükəsizliyi Agentliyi (ANSV) helikopterin qəzaya uğraması ilə bağlı araşdırmalara başlayıb, Parma Respublika Prokurorluğu isə helikopterin qara qutusunun tapılaraq araşdırılmasına göstəriş verib.