Böyük Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın akkreditasiyasını ləğv edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniya XİN-i məlumat yayıb.
Qeyd edilib ki, bu qərar Britaniya diplomatının 2024-cü ilin noyabrında Rusiyadan qovulmasına cavab olaraq qəbul edilib.
“Rusiyanın növbəti addımları eskalasiya kimi qəbul ediləcək və buna müvafiq cavab veriləcək”, – krallığın Xarici İşlər Nazirliyi əlavə edib.



