Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp və Rusiya Federasiyası prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşr qeyd edib ki, ABŞ prezidenti görüşün baş tutması barədə məlumat versə də, təfərrüatlar barədə danışmayıb.
Telefon danışığı zamanı əsasən Ukrayna problemi, münaqişənin həlli yolları müzakirə edilib.



