Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada nizamlanmanın mümkünlüyü ilə bağlı ABŞ, Rusiya və Ukraynadan gələn siqnalları müsbət qiymətləndirdiyini və sülhə ümidini itirmədiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Əlbəttə ki, sülhə ümidimizi itirməmişik və itirmək də istəmirik. Bu yaxınlarda biz Zelenskidən eşitdik ki, danışıqlar üçün müvafiq təklif olarsa, o, bizimlə görüşməyə hazırdır. Biz Trampın və Putinin bu mövzuda müsbət siqnallarını alqışlayırıq. Türkiyə bu kontekstdə mümkün olan hər şeyi etməyə hazırdır” , – məlumatda bildirilib.



