ABŞ prezidenti Donald Tramp Kanadanı müdafiə xərcləri kifayət qədər olmayan “zəif ölkə” adlandırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Onlar müdafiəyə çox az pul xərcləyirlər. Bizim onları qoruyacağımızı güman edirlər. Fakt budur ki, biz onlara ildə təqribən 200 milyard dollar subsidiya veririk. Əgər tariflər tətbiq etməklə onların avtomobil istehsalını dayandırsaq, Kanada “zəif ölkə” olacaq. Mən Kanada xalqını sevirəm, bizim əla münasibətlərimiz var və onların edə biləcəyi ən böyük iş 51-ci ştat olmaqdır. Təsəvvür edin ki, bu ölkə keçən bütün illər ərzində kiminsə çəkdiyi süni sərhəd olmadan necə gözəl ola bilərdi”, – Amerika lideri əlavə edib.



