Xəbərlər

Politico: Aİ üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün yeni imkanlar verəcək

“Avropa İttifaqı (Aİ) öz üzvlərinə müdafiə xərclərini artırmaq üçün yeni imkanlar verəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti Avropanın rəsmi mənbələrinə istinadən məlumat yayıb.

“Söhbət, xüsusən, büdcə qaydalarını pozmadan hərbi xərcləri artırmaq məqsədi ilə müdafiə xərclərinin genişləndirilməsindən gedir. Beləliklə, hazırda Avropa Komissiyasının (AK) ciddi nəzarətində olan ölkələrin büdcə kəsiri rəqəmlərinə daxil edilən hərbi personal və texnikanın saxlanması xərcləri əsas müdafiə xərcləri ilə birlikdə nəzərdən keçirilə bilər”, – məlumatda bildirilib.