Şimali Koreya administrasiyası ABŞ və Cənubi Koreyanın məsuliyyətsiz hərəkətləri ilə regional gərginliyi artırdığını iddia edərək, “düşmən və avantürist hərəkətlərin yalnız arzuolunmaz nəticələrə gətirib çıxaracağı” barədə xəbərdarlıq edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Şimali Koreya hakimiyyəti ABŞ və Cənubi Koreyanın yanvar ayı boyunca Koreya yarımadası və ətrafında hərbi təlimlər keçirdiyini bildirib və bunu təhlükəli hal adlandırıb.
“Ölkəmizi hədəf alan təlimlər demək olar ki, hər gün yeni ilin ilk ayının son gününə qədər təşkil edildi. Bu, ABŞ və Cənubi Koreyanın ölkəmizə qarşı misli görünməmiş hərbi manevrlərini bu il də davam etdirəcəyini göstərir”, – məlumatda bildirilib.



