2025-ci il fevralın 11-dən 12-ə qədər olan tarixlərdə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev tarixdə ilk dəfə Omana rəsmi səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev Omanın xarici işlər naziri Səid Albusaidinin dəvəti ilə ikitərəfli münasibətlər tarixində Omana ilk rəsmi səfərini edəcək”, – məlumatda bildirilib.



