“Əksər NATO ölkələri ABŞ prezidenti Donald Trampın Ukraynaya sülh gətirmək səylərini, o cümlədən Rusiya lideri Vladimir Putinlə təmaslarını dəstəkləyir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış Brüsseldə Şimali Atlantika Alyansı (NATO) ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra jurnalistlərə bildirib.
“İştirakçıların əksəriyyəti, o cümlədən biz belə bir dialoqun zəruri olduğuna inanırıq. Kiyev silahlı münaqişədə olduğu müddətdə bloka daxil ola bilməyəcək”, – o qeyd edib.



