Tayvan Silahlı Qüvvələri adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 41 təyyarəsi və 9 gəmisini qeydə alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
“41 təyyarədən 28-i Tayvan boğazının median xəttini keçərək Tayvanın şimal, mərkəzi və cənub-qərb bölgəsində peyda olub. Vəziyyətə nəzarəti həyata keçirmişik”, – məlumatda bildirilib.



