“ABŞ hərbçiləri həftə sonu Suriyada “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini öldürüb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social”da yazıb.
“Öldürülən terrorçu lider bütün regionda Əl-Qaidə ilə işləyirdi”, – o yazıb.
Tramp həmçinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və hərbi pilotları uğurlu əməliyyat münasibətilə təbrik edib.



