“ABŞ-ın ritorikasının məqsədi Vladimir Putini razı salmaq və sülh sazişinin bağlanmasını sürətləndirməkdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukranya prezidenti Volodimir Zelenski ARD telekanalına müsahibəsində bildirib.
Zelenski həmçinin sülh danışıqları zamanı Rusiyaya ərazi güzəştləri perspektivini şərh edib və qeyd edib ki, Ukrayna hüquqi olaraq ona aid olan ərazilərdən imtina etməyəcək.
“Əlbəttə, biz hər şeyi qaytaracağıq. Beynəlxalq hüquqa hörmət qayıdacaq. Bu gün deyilsə, sabah olacaq”, – prezident vurğulayıb.



