“Qəzza zolağında su və kanalizasiya sisteminin böyük hissəsi sıradan çıxıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Oxfam” beynəlxalq xeyriyyə və humanitar təşkilatı məlumat yayıb.
“2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsi kəskinləşəndən bəri İsrail qüvvələrinin anklavın müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 1675 km su təchizatı və kanalizasiya şəbəkəsi, həmçinin kanalizasiya infrastrukturunun 80%-dən çoxu məhv edilib”, – məlumatda bildirilib.



