Xəbərlər

ABŞ və Meksika qüvvələri sərhəddə birgə patrul keçirəcək

“ABŞ və Meksika qüvvələri sərhəd patrulunda əməkdaşlıq etmək barədə razılığa gəliblər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqon məlumat yayıb.

“Tərəflər sərhəddə koordinasiyalı patrullar aparmağa, məlumat mübadiləsini gücləndirməyə və dərhal ünsiyyət üçün üsullar yaratmaq barədə razılaşıblar. Sazişdə hər bir ölkənin digərinin suverenliyinə hörmət edəcəyi də qeyd olunur”, – məlumatda bildirilib.