ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın mülkiyyəti məsələsinin Ukraynada nizamlanma üzrə danışıqların tərkib hissəsi ola biləcəyi ehtimalını istisna edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib.
“Bizə milli və beynəlxalq təhlükəsizlik üçün Qrenlandiya lazımdır. Qrenlandiya ilə bağlı nəsə etməliyik, Qrenlandiyanı qorumalıyıq. Bu, milli təhlükəsizlik və bəlkə də daha önəmlisi beynəlxalq təhlükəsizlik üçün lazımdır”, – Tramp qeyd edib.



