Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmerin gələn həftə ABŞ-a səfər edəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Maykl Vols bildirib.
“Görüşdə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün səylər müzakirə ediləcək. Biz bütün tərəflərlə əlaqə saxlayırıq. Növbəti mərhələdə daha ətraflı müzakirələr üçün görüşə texniki qruplar cəlb olunacaq”, – o qeyd edib.



