“Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen öz səlahiyyətlərini mərkəzləşdirir və onun idarəetmə üsulları getdikcə sərtləşir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
“Ursula fon der Leyen ittifaqı az qala prezident kimi, yəni təkbaşına idarə edir. Leyen və onun, əsasən, Almaniyadan olan müşavirləri Avropa Parlamentinin qərarlarından asılı olmayaraq, Avropa İttifaqı (Aİ) daxilində bütün kommunikasiyalara ciddi nəzarət edir. Bütün siyasi qərarlar Avropa Komissiyasının prezidenti səviyyəsində qəbul edilir”, – məlumatda bildirilib.



