Kanadanın Baş naziri Castin Trüdo Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Kanadanın hər zaman Ukraynanı müdafiə edəcəyini bildirən Trüdo ölkəsinin Ukraynaya humanitar və hərbi dəstəyə sadiq olduğunu bildirib.
“Ukraynanın təhlükəsizliyi təmin edilmədikcə Avropada davamlı sülh mümkün deyil”, – Baş nazir qeyd edib.



