Xəbərlər

Reuters: ABŞ BMT-də Ukrayna ilə bağlı neytral qətnamənin dəstəklənməsinə çağırıb

Birləşmiş Ştatlar BMT Baş Assambleyasına Ukrayna ilə bağlı əvvəllər təklif edilən neytral statuslu qətnamənin dəstəklənməsinə və anti-Rusiya qətnaməsinin əleyhinə səsverməyə çağıran diplomatik nota paylayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə bazar günü “Reuters” məlumat yayıb.

Qeyd edilib ki, Vaşinqton ölkələrdən bazar ertəsi təqdim oluna biləcək “hər hansı qətnamə və ya düzəlişlərin əleyhinə səs vermələrini” istəyib.

Birləşmiş Ştatlar həmçinin hesab edir ki, onların sənədini qəbul etməklə BMT-yə üzv dövlətlər BMT-nin əsas məqsədi olan beynəlxalq sülh və təhlükəsizliyə həqiqi təkan verə biləcəklər.