Çin Dəmir Yolları (CR) 450 km/saat sürətə çata biləcək CR450 yüksəksürətli qatarının sınaqlarına başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “China Daily” qəzeti yazıb.
Bildirilib ki, Pekində 450 km/saat sürətə malik prototip qatarların sınaqları keçirilib. CR450-nin 400 km/saat xidmət sürətinə malik olacağı gözlənilir ki, bu da hazırda xidmətdə olan və 350 km/saat sürətə çata bilən CR400-dən daha sürətlidir.
Nəşr qeyd edib ki, sınaqlar zamanı mühəndislər qatarın kommersiya məqsədli istismarına başlamaq üçün onun texniki göstəricilərini optimallaşdıracaqlar.



