Xəbərlər

Orban: Aİ Ukraynaya hərbi yardımı davam etdirə bilməyəcək

“Macarıstan Avropa İttifaqı (Aİ) liderlərinin Ukraynaya hərbi dəstəyi davam etdirmək cəhdlərini məsuliyyətsizlik hesab edir, çünki Aİ ölkələrinin bunun üçün kifayət qədər pulu yoxdur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Viktor Orban çıxışında bildirib.

“Müharibə üç ildir davam edirsə, həmçinin Rusiya qalib gəlirsə və ABŞ kənara çəkilirsə, qalan ölkələrin nə şansı var? 26 ölkənin bu bəyanatı qəbul etmək üçün heç bir əsası yox idi. Əgər onlar müharibəni davam etdirmək qərarına gəlsələr, o zaman bizim bütün vəsaitimiz buna xərclənəcək”, – hökumət başçısı bildirib.