Xəbərlər

KİV: Suriyadakı toqquşmalar nəticəsində 973 nəfər həlak olub

Suriyanın yeni hakimiyyətinin təhlükəsizlik qüvvələri ilə ölkənin qərbində devrilmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları arasında baş verən toqquşmalar nəticəsində 973 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl Nahar” qəzeti məlumat yayıb.

Verilən məlumata görə, ölənlər arasında qadın və uşaqlar da var, lakin onların dəqiq sayı hələ ki, açıqlanmayıb.