“Avropa İttifaqı (Aİ) Ciddə danışıqlarının nəticəsini alqışlayır və Ukrayna, ABŞ və digər tərəfdaşlarla birlikdə müharibəyə son qoymaq səylərini dəstəkləməkdə öz rolunu oynamağa hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Aİ-nin məqsədi BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaqda Ukraynaya dəstək verməkdir. Atəşkəs təklifi Rusiya tərəfindən qəbul olunarsa, bu istiqamətdə mühüm addım ola bilər. İndi Rusiya sülhə nail olmağa hazır olduğunu nümayiş etdirməlidir”, – bəyanatda qeyd olunub.



