“Kiyev mümkün atəşkəsi müzakirə etmək üçün danışıqlarda iştirak edəcək komanda yaratmağa hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Andrey Sibiqa jurnalistlərə müsahibəsində deyib.
“Biz öz tərəfimizdən atəşkəs üçün yol xəritəsi hazırlayacaq müvafiq komanda yaratmağa hazırıq”, – o vurğulayıb.



