Xəbərlər

ABŞ Meksika ilə sərhəd divarını daha 11 km uzadacaq

“ABŞ hakimiyyəti Meksika ilə sərhəd boyu hasarın uzunluğunu daha 11 km artırmaq niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem deyib.

“Mən Arizonadayam və buradan sərhəd divarının harada bitdiyini görə bilərsiniz. Bu gündən etibarən biz daha 7 mil (11 km-dən çox) divar inşa etməyə başlayırıq. Amerikanın təhlükəsizliyini təmin etmək üçün bunu etməyə davam edəcəyik”, – o vurğulayıb.