Xəbərlər

Çinin 9 gəmisi və 59 təyyarəsi Tayvana yaxınlaşıb

Tayvan Silahlı Qüvvələri son 24 saat ərzində adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 59 təyyarəsini və 9 gəmisini qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

“59 təyyarədən 43-ü Tayvan boğazı üzərindən median xəttini keçərək Tayvanın şimal, mərkəzi, cənub-qərb və şərq bölgələrinə daxil olub”, – məlumatda bildirilib.