Xəbərlər

ABŞ: Ümid edirik ki, Kiyev Putin-Tramp razılaşmalarını dəstəkləyəcək

Vaşinqton Kiyevdən çərşənbə axşamı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı əldə olunmuş razılaşmaları dəstəkləyəcəyini gözləyir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Amerika liderinin xüsusi nümayəndəsi Stiv Vitkoff “Fox News”a müsahibəsində bildirib.

“Prezident Putinlə iki görüşüm oldu. Birincisi təxminən üç saat yarım, ikincisi isə təxminən dörd saat davam etdi. Hər ikisi çox intensiv idi. Düşünürəm ki, biz əhəmiyyətli irəliləyiş əldə etdik və ikinci görüşdə biz, xüsusən də Rusiya nöqteyi-nəzərindən məsələləri daralda bildik. Biz birbaşa atəşkəsə doğru irəliləyiş üçün konkret, ətraflı addımları müzakirə etməyə başladıq”, – Vitkoff bildirib.