Xəbərlər

Macarıstan: Tramp Aİ-yə siyasi rəqib kimi baxır

“ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) siyasi rəqib kimi baxır və ona uyğun hərəkət edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Boka bildirib.

“Bir çox insanlar Tramp administrasiyasının Avropa təsisatlarına qarşı düşmənçiliyinin miqyasını lazımi səviyyədə qiymətləndirməmək kimi səhvə yol verir. Tramp Aİ-yə sadəcə olaraq ziddiyyətli maraqları olan beynəlxalq qrup deyil, siyasi rəqib kimi baxır və ona uyğun davranır”, – o qeyd edib.