Xəbərlər

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Beynəlxalq “İrs. Наследие. Heritage” jurnalının yeni nömrəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun böyük Azərbaycan şairi Xaqani Şirvaniyə həsr olunmuş “Xaqan Slova” adlı məqaləsi dərc olunub.

“Füyuzat” xəbər verir ki, bu barədə muzeydən məlumat verilib.

Məqalədə Xaqani Şirvaninin mürəkkəb və keşməkeşli həyat yolu, zəngin yaradıcılıq irsi və Azərbaycan ədəbiyyatındakı mövqeyi ətraflı nəzərdən keçirilir. Akademik Rafael Hüseynov şairin poetik dünyasının özünəməxsus xüsusiyyətlərinə diqqət çəkərək, Xaqaninin söz sənətində yaratdığı ədəbi ənənələr və onun yaradıcılığının sonrakı nəsillərə təsirindən bəhs edir. Məqalədə Xaqaninin yaradıcılığından bəhs edilərkən onun öz dövrünün görkəmli söz ustadları sırasında xüsusi mövqeyə malik olduğu vurğulanır. Nəşrdə Xaqani Şirvaninin poeziyasının fəlsəfi məzmunu, poetik dili və söz sənətindəki bənzərsiz üslubu ön plana çəkilir.

Dərginin bu nömrəsində təqdim olunan material Azərbaycan ədəbiyyatının klassik irsinin beynəlxalq auditoriyaya tanıdılması baxımından diqqət çəkir.