“ABŞ Rusiyanın Ukrayna ilə bağlı razılaşma əldə edəcəyinə inanır, lakin lazım gələrsə, Moskvanın neft ixracına qarşı sanksiyalar tətbiq etməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.
Məsələ ilə bağlı suala cavab olaraq Tramp Ukrayna nizamlanması üzrə razılığa gəlmək üçün “real imkanın olduğu” fikrini bildirib.
“Mən əmin olmaq istərdim ki, Rusiya prezidenti Vladimir Putin sözünə əməl edəcək. Mən Rusiya neftinə ikinci dərəcəli tariflər tətbiq etmək istəmirəm. Amma düşünürəm ki, o, öz işini görməsə, bunu edəcəyəm”, – Ağ Ev rəhbəri vurğulayıb.



