ABŞ dövlət katibi Marko Rubio və Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen arasında NATO xarici işlər nazirlərinin bu həftə Brüsseldə keçiriləcək iclası çərçivəsində planlaşdırılan görüş Qrenlandiya ilə bağlı gərginlik səbəbindən ləğv edilə bilər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) rəsmilərə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Vaşinqtonla Kopenhagen arasında diplomatik təmaslar “minimal səviyyədə” həyata keçirilir. Əvvəllər ABŞ prezidenti Donald Trampın tələblərinə məhəl qoymamağa çalışan və müttəfiqlərini onun şərhlərinə cavab verməməyə çağıran Danimarka son həftələrdə Vaşinqtonun ritorikasına kəskin reaksiya verərək taktikasını dəyişib.
Bundan əvvəl isə ABŞ prezidenti Donald Tramp Vaşinqtonun istənilən halda Qrenlandiyanı alacağını bildirib. Eyni zamanda, Tramp “NBC News” telekanalına müsahibəsində qeyd edib ki, bunu hərbi güc olmadan etmək üçün yaxşı şans var, lakin o, yenə də “heç nəyi istisna etmir”.



