Xəbərlər

İngiltərə, Fransa və Ukrayna birlikdə iclas keçirəcək

“Böyük Britaniya, Fransa və Ukrayna hərbi komandanlıqlarının nümayəndələri yaxın günlərdə Kiyev üçün təhlükəsizlik zəmanətlərinin verilməsinə həsr olunmuş iclas keçirəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib.

“Keçən həftə Parisə səfərimizi müzakirə etdik və Ukraynanın uzunmüddətli təhlükəsizliyini dəstəkləmək üçün real potensialın olduğu barədə razılığa gəldik”, – Starmer qeyd edib.